MAKRO BAXIŞ Yanvar 2021 Bütün dünya 2021 - ci ili vaksin ili kimi qarşıladı. Artıq yeni ilə addım atdığımızda bir neçə vaksinin COVİD - ə qarşı effek- tivliyi tunelin sonundakı işıq kimi görünməyə başladı. COVİD - 19 - un bütün dünyanı öz təsiri altına almasına baxmayaraq, vaksin yalnız bu prosesi tez və effektiv həyata keçirəcək ölkələri qismən də olsa iqtisadi və sosial baxımdan stabil vəziy- yətə gətirə biləcək. Bir çox ölkələrdə vaksinasiya başlamadığı halda bəziləri artıq bu prosesin öhdəsindən uğurla gəlməkdədirlər. Ümumilikdə bir ay ərzində aparılan vaksinasiya prosesi 7 milyardlıq dünya əhalisinin yalnız 55 milyonunu əhatə edib. Ötən il əsas problem kifayət qədər xəstəxana yataqlarının olmaması idisə, bu ilin başlıca problemi vaksin ehtiyyatları və onların əhaliyə çatdırılma sürətidir. Ölkələr arasında vaksinasi- ya sürətində böyük fərq, geridə qalan region- larda yeni virus növlərinin yenidən yaranmasını yeni reallığa çevirmək təhlükəsini yaradır. Bu ilin dünya iqtisadiyatının inkişaf mexanizmi ötən il olduğu kimi virusun dina- mikasından asılıdır. Azərbaycan: Rəqəmlər mənasını itirəndə Mərkəzi Statistika Komitəsinin son nəşrinə əsasən Azərbaycan iqtisadiyyatı 2020 - ci ili 72.4 milyard manat ÜDM göstəri- cisi ilə yekunlaşdırdı. Ən maraqlı məqam isə odur ki, Statistika Komitəsinə görə bu rəqəm 2019 - cu ilə nisbətən 4.3% azalmışdır. Bu, 2019 ÜDM - ın 81.7 milyard manatdan 75.7 milyard manata qədər azalması anlamına gəlir. ÜDM Fərhad Pənahov 50 55 60 65 70 75 80 85 2015 2016 2017 2018 2019 2020 Nominal ÜDM 2019 ÜDM - nin reviziyada itirilən hissəsi Statistika Komitəsinin son nəşrinə görə 2019 - cu ildə nominal Ü DM ilkin göstəricidən 6 milyard manat azaldıldı Nominal ÜDM, milyard manat Mənbə: Finkorp hesablamaları, Mərkəzi Statistika Komitəsi 3.1 milyon 3.2 milyon 9.3 mln 1.7 mln 25.2 mln 0.2 mln 1.9 mln .2 mln 1.3 mln .5 mln 0.5 mln 55.3 mln 0% 5% 10% 15% 20% 25% 30% 35% 40% İsrail BƏM Birləşmiş Krallıq Bəhreyn United States Danimarka Almaniya İsveç İtaliya Fransa Kanada Dünya Orta Şərqin kiçik lakin varlı ölkələri COVİD - i bu il yola salmaq üzrədirlər Ən azı 1 vaksin dozası almışların payı Mənbə: Finkorp, Our World in Data İqtisadiyyatın Şaxta babaya məktubu: Mənə vaksin gətir! göstəricilərinin reviziyası normal olsa da, bu dəyişiklik ilk öncə 2019 - da nominal göstəricinin azalması, 2020 - ci ildə isə deflatora görə uyğunlaşmış ÜDM - ın 4% artması ilə nəticələnir. Pandemiyanın ilkin günlərindən bizim yaxından izlədiyimiz göstəricilərdən biri əhaliyə verilən kreditlər olub. İnkişaf etmiş ölkələr qrupunda iqtisadiyyata bir neçə trilyon dəyərində pul daxil olduğu halda, Azərbaycanda pul kütləsi bir neçə ay ərzində trenddən aşağı səviyyələrə salınmışdır. Aprel və May aylarındakı özəl sektor kreditlərindəki eniş lisenziyaları ləğv olun- muş banklarla ələqədar olduğu qeyd olunur. Bizim hesablamalarımıza görə, Azərbaycan bank sis- temi dekabr aynın göstəricilərinə əsasən nisbətən sağlam durumdadır. Son göstəricilərə görə vaxtı keçmiş kreditlərin payı eniş trendinə davam edərək noyabr ayında 6.3% səviyyəsinə enmişdir. Hesablama- larımıza və apardığımız həssaslıq testlərinə əsasən bank sistemi vaxtı keçmiş kreditlərin 2 dəfə artmasına aktivlərində ciddi dəyişiklik etmədən tab gətirə bilər. Likvidlik vəziyyəti də kifayət qədər öztəminatlı olduğunu göstərir. Ümumi bank sistemi 50% - lik depos- it çıxarışını kredit aktivlərinə dəymədən icra etmək qabiliyyətindədir. Lakin ən ciddi problem bizim məzənnə riskinə həssaslıq testində üzə çıxdı. Sadəcə 10% - lik devalivasiya cəmi bank sistemini requlyarot- ların tələblərini qarşılamaq üçün aktivlərinə dəyişilik etmək məcburiyyətində qoya bilər. 50% - lik devalvasiya isə bank sisteminin kapitalını 0 - a endirmək təhlükəsini yaradır. Ümumilikdə isə Azərbaycanda bir çox iqtisadi statistik göstəricilərinin azlığı və fəaliyyətin böyük qisminin (2015 - də 44%) kölgə iqtisadiyyatının payına düşməsi makro vəziyyəti anlamaqda ciddi maneələr yaradır. AB Ş: Pauel və Yellen birliyi Öncəki hesabatdan sadəcə bir ay keçsə də, baş verən hadisələrin sayı sanki xaotik Tramp erasının kuliminasiyası oldu. Yanvarın ilk günləri seçki nəticələri ilə razılaşmaq istəməyən kütlənin parlament binasına hücumu ilə başlasa da, pre- zident Baydenin iki həftə sonrakı andiçmə mərasiminə ciddi təsir etmədi. Halbuki, NBC kanalının keçirdiyi sorğuya əsasən səsverənlərin 35% - i Baydenin legitimliklə səsvermədə qalib gəldiyini düşünmür (respublikaçılar: 74%, demo- kratlar: 3%, digər:30%). Ondan sonra sabiq FES - in sədri Canet Yellenin ABŞ Xəzinədarlığına təyinatının formallaşdırıl- ması, FES və Xəzinədarlıq arasında daha da sıx həmkarlığın təməlini gücləndirdi. Xanım Yellenin akademik işlərinə və karyerasına nəzər saldıqda stimullaşdırıcı siyasətin lehinə olmağı çox da qeyri - adi hal deyil. Yeil Universitenin məzunu Keynes düşüncə məktəbinin fəal tərəfdarıdır. Belə ki, senat qarşısında çıxışında dövlət borcu haqda naratlığı anladığını 8 10 12 14 Jan-18 May-18 Sep-18 Jan-19 May-19 Sep-19 Jan-20 May-20 Sep-20 Pandemiyanın ilk aylarında monetar daralma müşahidə olunub Özəl sektora verilən kreditlər, milyard manat Mənbə: Finkorp, Azərbaycan Mərkəzi Bankı Pandemiyan ın başlanğıcı Səviyyə Kapital Adekvatlığı Kapital/Risk Əmsalı ilə ölcülmüş aktiv 46.6% > 12% Aktivlərin Keyfiyyəti Vaxtı keçmiş kredit/Toplam 6.3% < 5 - 9% Xalis vaxtı keçmiş kreditlər/Kapital -5.2% Gəlirlik Aktivlərin gəlirliyi 1.8% Kapitalın gəlirliyi 12.1% Kapitalın itirilmə riski z-əmsalı 4.16 Likvidlik Likvid aktivlər/Toplam 14.4% Likvid aktivlər/Qısa müddətli öhdəliklər 29.5% Məzənnə riskinə həssaslıq Xalis açıq mövqe/Kapital Mənbə: Finkorp hesablamaları, Azərbaycan Mərkəzi Bankı 10 - 30% 114.7% < 20 - 25% Azərbaycan Bank Sisteminin Əsas Göstəriciləri Nəzəri qayda < 100% > 0.5% 10 - 20% qeyd etsə də, növbəti fiskal paketin vacibliyini vurğuladı. Və nəhayət yanvar ayının fiasko sonluğu hələ də davam edən Reddit investorlarının hedc - fondlarla GameStop səhmi ətrafında tarixi qarşıdur- ması oldu. Baydenin prezidentliyi Senat və Nümayəndə Pal- atasının da demokratların çoxluğu ilə seçildiyinə görə “ Blue wave ” adlandırıldı. Bu isə öz növbəsində Baydenin təqdim etdiyi Amerika Xilasetmə Planının həyata keçirilməsini reallığa yaxınlaşdırır. Lakin Senatın 50/50 - yə bölünməsi səbəbindən (vitse - prezident Ka- mala Haris heç - heçə vəziyyətində qərarverici səs verəcək) mərkəzçi mövqe tutan demokrat senatorların əleyhinə sesvermə ehtimalı planın hayata keçməsini təhlükə altında saxlayır. Yeni plan, dekabr ayında təsdiq olunmuş və əhaliyə $600 məbləğində yardım edəcək (ümumi məbləğ: $900 milyard) fiskal paketdən savayı, əlavə $1400 - lıq yardım nəzərdə tutur. Ümumilikdə $1.9 trilyona başa gəlməyi planlaşdırılan stimul paketində işsizlik müavinəti həftəlik $400 - a (öncəki $300 məbləğindən) qədər artırılaraq senytabr ayına kimi uza- dılacaq. Öncəki ayın Makro Baxış - da qeyd etdiyimiz Peter Ganong, P.Noel və J.Vavranın araşdırmalarına əsasən bu məbləğ işsizlərin 60% - nin əməkhaqlarından artıq gəlir əldə etməkləri ilə nəticələnəcək. Bayden prezidentliyinin mərkəzində iqlim dəyişikliyinə yönəlmiş siyasət durur. Bu istiqamətdə qəbul etdiyi ilk qərar- lardan biri dövlət strukturlarında 645,000 nəqliyyatın elektrik təminatlı vəsitələrə keçirilməsi oldu. Artıq trilyon sözünün adiləşdiyi zəmanədə bu və digər xərclərin ödənilməsi gələcəkdə vergilərin artılması ilə mümkün olacaqdır. O vaxta kimi isə FES - in dövlət borc istiqrazları alması maliyyənin əsas rolunu oynayacaq. Son rübdə ÜDM yüksələn virus rəqəmlərinə baxmayar- aq artım göstərsə də (əvvəlki rübə nisbətən) ili 3.5% - lik iqtisadi daralma ilə bitirdi. Qeyd edək ki, BVF - nun ok- tyabr ayındakı gözləntiləri – 4.3% olmuşdur. Bundan əlavə olaraq 2021 - ci ilin gözləntiləri 3.1% - dən 5.1% səviyyəsinədək artırıldı. Son reviziya rəqəmlərinə əsasən növbəti iki il ərzində $0.5 trilyon daha çox məhsul istehsalı gözlənilir (oktyabr ayındakı gözləntilərə nisbətən). Bu, 2019 ÜDM - in 2.8% - i qədərdir. BVF - nun yanvar nəşrindəki gözləntilər 1.9 trilyonluq stimul nəzərə alınmadığına görə, həyatə keçiriləcəyi təqdirdə artıq 2021 - ci ilin ikinci rübündə fiskal paketin nəticələrini müşahidə etməyə başlayacağımızı düşünürük. COVİD cəmiyyətin həyatına təhlükə olaraq qaldığı müddətcə iqtisadiyyatın dirçəlməsini təhlükə altında saxlayır. Son rəqəmlərə əsasən ABŞ - da 53 milyon vaksin olduğu halda yalnız 32 milyonu insanlara inyeksiya edilmişdir (6 milyonu 2 doza qəbul edib). Bu isə vaksinlərin təhcizatı ilə insanlara vurulması prosesində olan ləngimənin göstəricisi ola bilər. Digər fərziyyəyə görə bu vaksinlər ilkin dozasını almış insaların ikinci dozası üçün saxlanılıb. - 3.3 2.4 -4.0 -3.0 -2.0 -1.0 0.0 1.0 2.0 3.0 2010 2011 2012 2013 2014 2015 2016 2017 2018 2019 2020 Federal büdcə balansı FES - in balansında dövlət istiqrazları ABŞ 2020 - ci ili $ 3.3 trilyon büdcə kəsri ilə bitirdi. $ 2.4 trilyon maliyyələşdirmə FES tərəfindən edilib Trilyon $; Büdcə - 12 aylıq cəm; FES - əvvəlki ilə nisbətən dəyişiklik; son tarix - Dekabr 2020 Mənbə: Finkorp, FES, ABŞ Xəzinədarlıq Departamenti 90 95 100 105 110 115 120 Çin ABŞ Avropa Birliyi ABŞ - da Ümum Daxili Məhsulun 2021 - ci ilin ortasında böhrandan öncəki səviyyəyə bərpa olunması gözlənilir 2019 - cu ilin sonuna indeksləşdirilmiş real ÜDM, BVF - nun 2021 yanvar nəşrinin gözləntiləri Mənbə: Finkorp, BVF 2020 2021 2022 Məzmun yalnız məlumat məqsədlidir. Qanun, vergi, investisiya, maliyyə və ya digər maraqlar üzrə tövsiyələr kimi qəbul edilməm əli dir. Qiymətli kağızlara investisiya zamanı hər zaman risk yaranır. Səhmlərə, istiqrazlara, kapital bazarları fondlarına və digər m ali yyə alətlərinə investisiya risklidir. Kapital qoyuluşları fərqli dövr və situasiyalarda risklərin artmasına gətirib çıxara bilər.