Ümidlər ölmür Ü midlə r ö lm ür ! Ümidlər ölmür! M i r m u həmməd Ə z i z li Mirmuhəmməd Əzizli 2025 2025 - Ş anlı z əfə r imi z ə hə sr ol u n ur -Şanlı zəfərimizə həsr olunur. A A t ala r g ö z əl demi ş lə r : “ D ü n y anı ü mid ilə y emi ş lə r .” A r z u la r ın , ü midlə r in gec - t e z hə y a t a keçəcə y inə o da həmi ş ə inanmı ş dı N eçə həf t ə idi ki , gecə - g ü nd ü z hə y əcanla Ş uş ada keçi r iləcək t ədbi r ü ç ü n çı x ı ş ına ha z ı r la ş ı r dı H a z ı r la ş dı q ca öt ən illə r ə r z indəki hə y a t ı x ə y alında canlanı r dı O , gənc y a ş la r ında Ş uş anın da r k ü çələ r ində dola ş a r , C ıdı r d ü z ü ndə sür ə t lə a t ça p a r dı E r mənilə r ş əhə r i i ş ğal e t dikdə , o , e v ini , g ü l - çiçəkli hə y ə t - baca s ını v ə s ol q ol u n u o r ada q o y u b F ü z u li y ə k ö çm üş d ü , lakin x ə y alla r ını o r ada q o y mamı ş dı Ş uş a y la v idala ş ma q hə r nə q ədə r çə t in ol s a da , o , bi r g ü n ge r i q a y ıdacağına inanı r dı talar gözəl demişlər: “Dünyanı ümid ilə yemişlər.” Arzuların, ümidlərin gec-tez həyata keçəcəyinə o da həmişə inanmışdı. Neçə həftə idi ki, gecə-gündüz həyəcanla Şuşada keçiriləcək tədbir üçün çıxışına hazırlaşırdı. Hazırlaşdıqca ötən illər ərzindəki həyatı xəyalında canlanırdı. O, gənc yaşlarında Şuşanın dar küçələrində dolaşar, Cıdır düzündə sürətlə at çapardı. Ermənilər şəhəri işğal etdikdə, o, evini, gül-çiçəkli həyət-bacasını və sol qolunu orada qoyub Füzuliyə köçmüşdü, lakin xəyallarını orada qoymamışdı. Şuşayla vidalaşmaq hər nə qədər çətin olsa da, o, bir gün geri qayıdacağına inanırdı. L akin Q a r abağı heç v a x t t ə r k e t məmi ş , ö z ü nə F ü z u li r a y on u n u n hələ 1994 - c ü ildə i ş ğalçıla r dan a z ad olm uş H o r adi z ş əhə r ində y eni bi r hə y a t qur m uş , Q a r abağın b ütö v l ü klə i ş ğaldan a z ad olacağı g ü n ü s əb rs i z liklə g ö z lə y i r di O , b ur ada ailə hə y a t ı qur m uş v ə ö v lad s ahibi olm uş d u O ğl u n u da v ə t ən e şq i ilə b ö y ü də r ək , a rt ı q 8 a y idi ki , ə s gə r li y ə y ola s almı ş dı Lakin Qarabağı heç vaxt tərk etməmiş, özünə Füzuli rayonunun hələ 1994-cü ildə işğalçılardan azad olmuş Horadiz şəhərində yeni bir həyat qurmuş, Qarabağın bütövlüklə işğaldan azad olacağı günü səbrsizliklə gözləyirdi. O, burada ailə həyatı qurmuş və övlad sahibi olmuşdu. Oğlunu da vətən eşqi ilə böyüdərək, artıq 8 ay idi ki, əsgərliyə yola salmışdı. Atlara olan sevgisi və qabiliyyəti sayəsində qısa müddətdə professional bir jokey olmuşdu. O, özünün sevimli atı Ümid ilə hətta Bakıda keçirilən bir neçə yarışın qalibi və mükafatçısı da olmuşdu. Bir gün yenə adəti üzrə səhər tezdən oyanıb həyətdə atlarını yemləyərkən həyat yoldaşının həyəcanla onu çağırdığını eşitdi. Xanımı televizor qarşısında sanki donub qalmışdı. Efirə “İTV Xəbər”, canlı yayımda isə Jalə Məmmədli kövrək səslə ilk qələbə müjdəsini verərək: “BƏZİ TORPAQLARIMIZ İŞĞALDAN AZAD OLUNUB!” — deyirdi. Bir Qarabağlı və əsgər atası olaraq o, bu xəbərdən həm sevinir, həm həyəcanlanır, həm də böyük qürur duyurdu. 44 gün çox uzun müddət olmasa da, ordumuz böyük uğurlara imza atmış, 30 ilə yaxın bir müddətdə işğal altında olan torpaqlarımızı düşmən tapdağından azad etmişdi. Artıq Şuşa azad idi və Qalib kişi oradakı festivala həm bir qazi, həm də bir şəhid atası kimi dəvət olunmuşdu. Övlad itkisi nə qədər ağır idisə də, Şuşanı yenidən azad görmək və şəhid atası olmaq şərəfli və bir o qədər də qürurverici idi. Qalib kişi Cıdır düzünə, Xarı bülbül festivalına tək gəlməmişdi. O, bura özünün sevimli atı Ümidi də gətirmişdi. Tədbir Ulu Öndər Heydər Əliyevin Qarabağa qayıdışla bağlı səs yazısı ilə açıq elan edildi. Ardınca müxtəlif ölkələrdən gələn qonaqlar öz musiqili çıxışlarını təqdim edirdilər. Və budur, uzun illərdən sonra Qarabağda, Qarabağın göz bəbəyi olan Şuşada “Qarabağ Şikəstəsi” səslənir, hər kəs böyük qürur və sevinc göz yaşları ilə ayaq üstə musiqini alqışlarla müşayiət edir. Cəngi sədaları altında gənc jokeylər atları ilə cıdır meydanında maraqlı nömrələr göstərirdilər. Onların arasında gözəlliyi və məğrur duruşu ilə seçilən Ümid ilk dəfə Şuşada, Cıdır düzündə şaha qalxıb cövlan edirdi. Qalib kişi heç vaxt ümidini itirməmişdi — o, bu günü 30 il idi ki, gözləyirdi. Oğlu Zəfərin bu qələbədə payı olduğundan çox qürurlanırdı. təki VƏTƏN SAĞ OLSUN! Ön cərgədə dayanmış Ali Baş Komandan, müzəffər ordumuzun müzəffər sərkərdəsi İlham Əliyev səhnəyə dəvət olundu. Şəhidləri rəhmətlə anaraq xalqımızı Zəfər münasibətilə təbrik edən Ali Baş Komandan, şəhidlərimizin qanının yerdə qalmadığını və onların ruhunun şad olduğunu söylədi. Bu illər ərzində heç vaxt ümidimizi itirmədiyimizi, xalqımıza qələbənin çox yaraşdığını bildirdi. O, nitqini bu sözlərlə bitirdi: Qarabağ Azərbaycandır! QARABAĞ AZƏRBAYCANDIR!!! Bu yazı, Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşərək şəhid olan bütün qəhrəman oğul və qızlarımıza ithaf edilir. Ruhunuz qarşısında baş əyirik. Mirmuhəmməd Əzizli CƏBRAYIL - 04.10.2020 FÜZULİ - 17.10.2020 ZƏNGİLAN - 20.10.2020 QUBADLI - 25.10.2020 ŞUŞA - 08.11.2020 AĞDAM - 20.11.2020 KƏLBƏCƏR - 25.11.2020 LAÇIN - 26.08.2022 AĞDƏRƏ - 20.09.2023 XOCALI - 24.09.2023 XOCAVƏND - 26.09.2023 XANKƏNDİ - 15.10.2023 QARABAĞ AZƏRBAYCANDIR! 2025 2025 - Ş anlı z əfə r imi z ə hə sr ol u n ur -Şanlı zəfərimizə həsr olunur.